Millimizin keçirəcəyi son oyunun vaxtı və yeri müəyyənləşdi

19 Aprel 13:40 Qadın futbolu 396
Millimizin keçirəcəyi son oyunun vaxtı və yeri müəyyənləşdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi son oyunun vaxtı və yeri müəyyənləşib.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, C Liqasının IV qrupunda yer alan yığmamız mayın 30-da Litva seçməsini qəbul edəcək.

Millimiz rəqiblərini adətən “Liv Bona Dea Arena”da qəbul etsə də, bu dəfə görüş “ASCO Arena”da təşkil olunacaq. Siyasət Əsgərovun yetirmələri saat 20:00-da həlledici matça çıxacaq.

Hazırda Monteneqro və Azərbaycan hərəyə 5 xalla qrupda 1-2-ci yerləri bölüşürlər. Mayın 30-da millimizin qonağı olacaq autsayder Litva isə iyunun 3-də Monteneqronu qəbul edəcək.

Litva üzərində daha böyükhesablı qələbə qazancaq komanda qrup birincisi kimi B Liqasına yüksələcək.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 11:00 Bax və işini belə qur!