Millimizlə əlaqəli bu xəbəri ruslar yaydı

21 Noyabr 2024 17:20 Qadın futbolu 1 012
Millimizlə əlaqəli bu xəbəri ruslar yaydı

Azərbaycanın qadın futbolçulardan ibarət yığması 2024-cü ilin sonunda Rusiya millisi ilə iki yoldaşlıq matçı keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Futbol Birliyinin mətbuat xidməti məlumat yayıb.

Rusiyanın qadınlardan ibarət yığması noyabrın 24-dən dekabrın 3-nə qədər Soçidə təlim-məşq toplanışı keçəcək. Azərbaycanla oyunlar da toplanış zamanı baş tutacaq.

Görüşlər noyabrın 28-də "Fişt" stadionunda və dekabrın 2-də "Soçi" klubunun məşq bazasında qapalı rejimdə keçiriləcək. Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Rusiya və Azərbaycanın qadınlardan ibarət milliləri daha əvvəl iki dəfə münasibətləri aydınlaşdırıblar.

2021-ci ilin sentyabrında Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində Moskvada rəqibinə 0:2 hesabı ilə məğlub olub.

Həmin ilin noyabrında Bakıda baş tutan qarşılaşma da Rusiya yığmasının qələbəsi ilə yekunlaşıb - 4:0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0