Hazırda Gənclər və İdman Nazirliyində hansı hadisələr baş verir?

31 Mart 2023 14:00 Problem 1 384
Hazırda Gənclər və İdman Nazirliyində hansı hadisələr baş verir?

Ölkədə iqtisadi zonalar üzrə qurumların yenidən formalaşdırıldığı bir zamanda Gənclər və İdman Nazirliyində ştat dəyişikliyi və ixtisarı ilə əlaqədar dövlət qulluqçularının iş fəaliyyətlərinə qanundankənar xitam verilməsinə göstərilən təşəbbüslər onların bu quruma olan inamını alt-üst edir.

Bu sözü Sportinfo.az-a müsahibəsində politoloq (Qlobal idman siyasəti üzrə) Pərvin Mehdiyev deyib.

- II Qarabağ müharibəsində əldə edilən qələbədən sonra ölkəmizin bütün qurumları yeni qəbul edilmiş iqtisadi zonalar üzrə Cənab Prezidentimizin göstərişi və tapşırığına uyğun olaraq, yenidən formalaşdırılır. Bu islahatların məcburiliyi Gənclər və İdman Nazirliyindən də kənar keçməmişdir. Müvafiq Sərəncamla Gənclər və İdman Nazirliyinin aparatının işçilərinin say həddi 113-dən 163-ə artırılmışdır. Göründüyü kimi 50 say həddi artmışdır. Bu az rəqəm deyil. Keçmiş strukturda 9 şöbə olduğu halda indiki layihədə bu say 8-ə enmişdir. Qurumun əsas fəaliyyət istiqamətləri olan gənclər və idman şöbələrində ayrı-ayrılıqda strateji sektorların yaradılması (İdman şöbəsi-Strateji təhlil sektoru, Gənclər şöbəsi-Strateji inkişaf sektoru) bu sahəyə cavabdeh olan şəxslərin qeyri-peşəkarlığını göstərir. Və bizlərdə idman camiəsində təəssüf hissi doğurur. Çünki adətən qurumun ümumi strateji istiqamətini təhlil və müəyyən edən bölməsi olur. Ayrı-ayrılıqda olmur.

- Nazirliyin yeni strukturunda hansı dəyişikliklər aparılır və hansı problemləri yarada bilər?

- Qurumun yeni qəbul olunmuş iqtisadi zonalar üzrə idarələrinin yerli təşkilatlarının ştat vahidində mühasiblərin, rəis-müavinlərinin və ya rəislərin, yardımçı vəzifələr üzrə işçilərin ixtisara salınması böyük işçi ordusunun yaranmasına vəsilə olmaqdadır. Bu insanların işsiz qoyulması gələcəkdə böyük problemlərin yaşanacağına ilkin siqnalları verməkdədir. Çünki bu məsələlərin həlli müvafiq Qayda (Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi QAYDASI) üzrə tənzimlənməli olduğu halda Nazirliyin rəhbərliyinin arzu və istəklərinə uyğun həyata keçirilir. Bu Qaydanın 3-cü bəndinə əsasən (3.Ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər.) seçimin aparılması ilk öncə daxili seçimlər hesabına aparılmalı və təyinat almayan şəxslər bu Qaydanın 5-ci bəndinə əsasən (5.Ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadıqda, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində Mərkəzdə ehtiyat kadr kimi saxlanılır.) Dövlət İmtahan Mərkəzində ehtiyat kadr kimi 2 il müddətində saxlanılmalıdır. Amma yeni rəhbərlik yerli İdarələrin 5-ci təsnifat üzrə (rəis) vəzifə daşıyan şəxslərini müxtəlif təzyiqlərlə öz istəkləri ilə postlarından ayrılmağı və ehtiyat kadr siyahısına düşməməyi tələb edir. Niyə ? Ona görə ki, öncədən qeyd etdiyim müvafiq Sərəncam üzrə 50 say vahidi artan aparat işçilərinin sayı, üstəgəl onlarla müxtəlif təzyiqlərlə boşaldılan vakant yerlərin əksəriyyəti 5-ci təsnifat üzrədir. Nazirlin rəhbərliyi həmin vakant vəzifələrə hal-hazırda qanundankənar müqavilə əsasından qeyri-peşəkar və qeyri-ixtisasçıları, tanışları və qohumları cəlb etməklə həmin vəzifələri müvəqqəti bron etmişdir. Sual yaranır hansı maraq müqabilində ? Siz təsəvvür edin bu qeyri-mütəxəssisləri işə götürməkdən ötrü Nazirlikdə dövlət qulluğuna hazırlıq kursları təşkil edilmişdir. Bu insanlar səhər iş adı ilə durub nazirliyə imtahana hazırlığa gedir! Nə qədər gülünc səslənir və nə qədər qeyri-peşəkarlıq! Belə olan halda hansı gənclər siyasətindən, hansı idman siyasətində danışmaq olar ? Bu ki absurtdur! Ən acılı tərəfidə odur ki, uzaqlaşdırılan peşəkar mütəxəssislərin yerini sonradan doldurmaq uzun zaman tələb edəcək. Göründüyü kimi, əgər sabah bu qohumlar, tanışlar imtahanları keçə bilməsə, ixtisara düşəcəklər və Dövlət İmtahan Mərkəzinin tələbinə uyğun olaraq ehtiyat kadr siyahısında 5-ci təsnifat üzrə olan şəxslərdən təyinat aparmaq məcburiyyətində qalacaqlar. Ona görə də bu kimi hallar yaşanmasın deyə həmin şəxslərə müxtəlif bəhanə və təzyiqlər göstərərək öz xoşluqları ilə getmələrini tələb edirlər.

- Çıxış yolunu nədə görürsüz?

- İlk öncə bidirim ki, Qanundan Ali heçnə yoxdur! Qeyd edilən Qaydalar üzrə hər bir dövlər qulluqçusu öz hüquqlarını bilməli və onları qorumağı bacarmalıdır. Nazirliyin ümumi yeni struktur ştat vahidində ixtisara düşən şəxslərin yerləşdirilməsi üçün göründüyü kimi yetərli vakant vəzifələr vardır. Bu şübhəsizdir. Sadəcə məsələ ondadır ki, vakant vəzifələrə dövlət qulluğu imtahanlarından keçməyən şəxsləri müvəqqəti əmək müqviləsi ilə doldurmaq, ömrünü millətinə, dövlətinə sədaqətlə qulluq edən şəxsləri ixtisara salmaq və Sizə iş yoxdur demək nə qədər düzdür? Əlbəttə ki, ilk öncə bu layiq insanlar müvafiq vakant vəzifələrə yerləşdirilməlidir. Daha sonra yer qalarsa dost tanışa da yer çatar. Bu insanları millətindən, dövlətindən incikli salmaq olmaq! Hər biri bir ailə başçısıdır! Bu repressiyaya dözə bilməyənlərin fəryadı çox ağır olacaqdır. Çünki Nazirliyin qapısını növbəti döyən və ölkə rəhbərliyinə şikayət edən narazı kütlənin qarşısını kəsmək üçün indidən əməli addımların atılmağı çox vacibdir!

Digər Xəbərlər
Xəbər Lenti