COP29

Mariya 1/4 finalda monqola uduzdu – GÖZLƏNİLMƏZ OLAY!

6 Avqust 16:20 Paris-2024 1 054
Mariya 1/4 finalda monqola uduzdu – GÖZLƏNİLMƏZ OLAY!

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq.) bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, onun ilk görüşü 1/8 finalda olub. İkiqat dünya, doqquzqat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı olan 36 yaşlı Mariya Almaniya təmsilçisi Anastasiya Blayvas (23 yaş) ilə qarşılaşıb.

A.Blayvas dünya və Avropa çempionatının bürünc mükafatçısıdır.

Görüş Stadnikin 6:2 hesablı qələbəsi ilə başa çatıb. O, 1/4 finala vəsiqə qazanıb.

O, bu mərhələdə Monqolustan güləşçisi, dünya çempionatının ikiqat gümüş mükafçısı (2022, 2023) Dolqorjavin Otqonjarvalla qarşılaşıb. Mariya uduzaraq yarımfinala çıxa bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 21:00 Tualet olayına REAKSİYA
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
12 Sentyabr 11:20 Bir-bir…
12 Sentyabr 05:30 Uill Smit Azərbaycanda!