Monqol uduzdu, Mariya Stadnik Paris-2024 ilə erkən vidalaşdı

7 Avqust 2024 01:10 Paris-2024 883
Monqol uduzdu, Mariya Stadnik Paris-2024 ilə erkən vidalaşdı

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

Sportinfo.az xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançımızın 1/4 finalda məğlub olduğu rəqibi - Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjava finala vəsiqə qazana bilməyib.

Dolqorjavanın finala gedən yolda ABŞ-li Sara Hildebranta uduzması Stadnikin təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

Paris-2024 avqustun 11-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti