Azərbaycanlı Anna Paris-2024-də 7-ci yeri tutdu

7 Avqust 2024 03:20 Paris-2024 1 440
Azərbaycanlı Anna Paris-2024-də 7-ci yeri tutdu

Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan final mərhələsində mübarizə aparıb.

Sportinfo.az xəbər verir ki, 12 idmançının yer aldığı həlledici mərhələdə atletimiz ilk 3 cəhdinin yekununda 73.27 metr nəticə ilə 6-cı olub və mübarizəni davam etdirərək ilk "səkkizliy"ə düşüb.

Növbəti 3 cəhdində göstəricisini yaxşılaşdıraraq 73.66 metrə çatdıran Anna Skidan Olimpiya Oyunlarında 7-ci yeri tutub.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA