Hamı ondan danışır: Əli cibində medal qazandı, gündəm oldu - VİDEO

3 Avqust 2024 04:00 Paris-2024 1 206
Hamı ondan danışır: Əli cibində medal qazandı, gündəm oldu - VİDEO

Paris-2024 Yay Olimpiya Oyunlarında Türkiyəyə atıcılıq yarışlarında gümüş medal qazandıran Yusuf Dikeç dünyanın gündəminə düşüb.

Sportinfo.az xəbər verir ki, buna səbəb onun 10 metr məsafəyə pnevmatik tapançadan atış zamanı qulaqlıqdan və xüsusi eynəkdən istifadə etməməsi olub.

51 yaşlı idmançı əlini cibinə qoyaraq atış edib və Olimpiadanın gümüş medalına sahib çıxıb.

Yusuf Dikeç Türkiyə polis orqanlarında işləyib. Bundan öncə isə 4 dəfə Olimpiya Oyunlarına qatılıb. Lakin heç birində uğurlu ola bilməyib.

Paris-2024-dən əvvəl isə o, bu dəfə hədəfinə çatacağını və Olimpiadada medal qazanacağını bildirib. O, istəyinə çataraq medalçılar sırasına düşə bilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA