"Öz çıxışımdan tam razı qalmadım"

3 Avqust 2024 03:30 Paris-2024 1 380
"Öz çıxışımdan tam razı qalmadım"

"Məqsədim qarşıdakı olimpiadaya vəsiqə qazanmaqdır".

Sportinfo.az xəbər verir ki, bunu Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirərkən deyib.

20 yaşlı idmançı yarışda ona dəstək olan hər kəsə öz təşəkkürünü bildirib:

"Məni dəstələyən hər kəsə öz təşəkkürümü bildirirəm. Ailəm, yaxınlarım və dostlarım məni izləyib, dəstəkləyirdilər.

Bu, mənim ilk olimpiada yarışım idi. Azərbaycan batut gimnastik növündə ilk olimpiya lisenziyasını qazandım.

Öz çıxışımdan tam razı qalmadım. Məqsədim qarşıdakı olimpiadaya vəsiqə qazanmaqdır. Ümid edirəm ki, gəlcəkdə daha yaxşı çıxış edəcəm".

S.Mahsudova Batut gimnastikası yarışlarında 16 iştirakçı arasında 10-cu yeri tutaraq mübarizəni dayandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA