"Paris olimpiadasında hər görüş gərgin idman mübarizəsində keçir".
Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Mersedes Uolker.
37 yaşlı oyunçu bu gün Çin millisinə qalib gəldikləri oyun barədə danışıb:
“Qalib gəlmək üçün qüvvələrimizi birləşdirməliyik. Bu səviyyə basketbolda ən yüksək pillədir və qalib olmaq üçün həqiqətən çox çalışmalısan.
Çin yığması çox güclüdür. Lakin biz onlara qalib gələ bildik.
Güclü rəqiblərlə qarşılaşmışıq. Bundan sonra da yaxşı performans göstərməyə çalışacağıq".
3x3 basketbol milliiz günün son matçında Çin yığmasına 21:19 hesabı ilə qalib gəlib.

