"Neftçi" ciddi itki ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın forvardı Aaron Olanare Premyer Liqanın 12-ci turunun "Qəbələ"yə qarşı matçında (0:2) zədələnərək oyunu vaxtından əvvəl tərk edib.
Nigeriyalı forvard ilk yarının son dəqiqələrində ayağını tutaraq özünü yerə atıb. Olanareni Yeqor Boqomolski əvəzləyib.

