"Neftçi"nin direktoru: "Nəticələr zamanla gələcək, layiq olduğumuz yeri tutacağıq"

27 Oktyabr 2023 09:20 Neftçi 897
"Neftçi"nin direktoru: "Nəticələr zamanla gələcək, layiq olduğumuz yeri tutacağıq"

"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov əsas komandanın hazırkı çıxışı haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, baş məşqçi Adrian Mutu və futbolçulara inandıqlarını söyləyib.

Liderdən cəmi 5 xal geridə olduqlarını bildirən F.Mahmudov əsas mübarizənin hələ irəlidə olduğunu qeyd edib.

O, azarkeşlərin "Neftçi"ni daim zirvədə görmək istədiklərini söyləyib. Klub rəhbəri fanatları səbrli olmağa çağırıb:

"Nəticələr zamanla gələcək. İnanıram ki, layiq olduğumuz yeri tutacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM