”Neftçi” bu hücumçuya 200 min dollardan artıq ödəmə etmək istəmir

10:40 Neftçi 598
”Neftçi” bu hücumçuya 200 min dollardan artıq ödəmə etmək istəmir

”Neftçi”nin Nigeriya millisinin hücumçusu Ayzak Saksesslə apardığı danışıqlar “düyünə düşüb“.

Bakı təmsilçisi ön xətdəki problemi onunla yoluna qoymaq fikrində olsa da, hazırda azad agent statusu daşıyan 29 yaşlı afrikalı maliyyə tələblərini aşağı salmaq istəmir.

Paytaxt klubu 2025-ci ilin əvvəlindən klubsuz qalan forvarda qarşıdakı 8 ay üçün 200 min dollardan artıq məbləğ ödəmək fikrində deyil.

Saksessin üzərində dayandığı rəqəm isə bundan az qala iki dəfə çoxdur. Həftələrdir davam edən görüşmələr bu üzdən artıq dayandırılıb.

O, sonuncu dəfə Birləşmiş Ərəb Əmirliklərində “Əl-Vəsl”in formasını geyinib.

İspaniyada “Qranada”nın yetirməsi olan Saksess həmçinin “Malaqa”, İngiltərədə “Uotford” və İtaliyada “Udineze”nin formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti