“Böyük komanda öz meydanında zəif rəqibə qarşı dominant futbol oynamalıdır”.
Bu fikirlər ATV kanalında yayıəmlanan “Futbolumuz” verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
Tanınmış telejurnalist Premyer Liqanın son turunda “Sumqayıt”a 1:2 hesabıyla uduzan “Neftçi”nin baş məşqçisi Adrian Mutunun yanlışlıqlara yol verdiyini bildirib:
“Neftçi” top saxlaya bilmir. Mutu deyir ki, biz oyuna yaxşı başladıq.
Sən oyuna necə yaxşı başlamısan ki, qapıya ilk zərbən 23-cü dəqiqədə olub. Iki-üç ötürmədən sonra topu itirirlər.
Əvəzində “Sumqayıt” hücum qurur, qol vəziyyəti yaradır. Sanki Mutu cavan futbolçuların üstündən xətt çəkib.
O. Rza Cəfərov kimi gənc futbolçunu bir qırmızı vərəqəyə görə mənəvi cəhətdən öldürdü və basdırdı. Ona bir daha şans versən, hansı əminliklə qapıda dayanacaq?
Lorentsiu Regekampf ötən mövsüm Ömər Buludov, İsmayıl Zülfüqarlı, Fərid Yusifli kimi futbolçularla bu komandadan daha yaxşı futbol oynayırdı”.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

