"Neftçi"nin rus legioneri: "Zenit" çox dəyişib, hazırda əvvəlki komanda yoxdur"

15 Noyabr 2023 12:40 Neftçi 858
"Neftçi"nin rus legioneri: "Zenit" çox dəyişib, hazırda əvvəlki komanda yoxdur"

"Zenit" çox dəyişib, hazırda əvvəlki kollektiv yoxdur".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin legioneri Reziuan Mirzov "Zenit"ə qarşı Bakıda keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi əvvəllər də bu rəqibə qarşı oynadığını xatırladıb:

"Uzun müddət Rusiya Premyer Liqasında çıxış etmişəm. Mən oynadığım zaman "Zenit"də məşhur futbolçular çox idi və komanda rəqiblərindən bir neçə dəfə üstün idi.

İndi isə o vaxtkı dominantlıq yoxdur. Tula "Arsenal"ında olanda "Zenit"ə 4:2 hesabı ilə qalib gəlmişdik və qollardan birini mən vurmuşdum.

Həmin vaxt Tula təmsilçisi UEFA Avropa Liqasında "Neftçi"yə rəqib olmuşdu. Çalışacağam ki, qarşıdakı yoldaşlıq oyununda da bu komandaya qol vurum".

Rusiyalı oyunçu Azərbaycan xalqını ərazi bütövlüyünün bərpası münasibətilə də təbrik edib:

"Daha əvvəl jurnalistlər qarşısına çıxmadığım üçün təbrik bu vaxta təsadüf etdi".

Mirzov hazırda "ağ-qaralar"ın cari mövsüm Azərbaycan Premyer Liqasında elə də yaxşı təsir bağışlamadığını vurğulayıb:

"Çətin dövr yaşayırıq. Azarkeşləri də başa düşürük. Sonuncu oyunumuz da yaxşı alınmadı. Vəziyyəti dəyişməyə çalışacağıq".

Noyabrın 18-də "Neftçi Arena"da baş tutacaq "Neftçi" - "Zenit" qarşılaşması saat 21:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti