Azarkeşlərin sərt iradına "Neftçi"dən elə reaksiya gəldi ki... FOTO FAKT

15 Noyabr 2023 19:20 Neftçi 1 817
Azarkeşlərin sərt iradına "Neftçi"dən elə reaksiya gəldi ki...  FOTO FAKT

Son günlərin əsas müzakirə mövzusu "Neftçi"nin mətbuat xidmətinin apardığı yarıtmaz siyasətdir.

Proses artıq neçə turdu davam edir.

Belə ki, media şöbəsinin kollektivi hər oyundan əvvəl hazırladığı promo videolarla gündəmə gəlir.

Rəqiblərə atmacalar atılır, bəzən bu atmacalara təhqir dozası belə qatılır.

Təbii ki, bu da birmənalı qarşılana bilməz.

Mən hələ futbol ictimaiyyətinin tənqidlərini demirəm.

Klubun öz yaxın çevrəsi başverənlərə biganə deyil.

Xəbər verdiyimiz kimi, "Sumqayıt"a məğlubiyyətdən sonra bir qrup sadiq azarkeş mətbuat xidmətinin rəhbəri Emin Əfəndiyə sərt etiraz ediblər.

Düşünmək olardı ki, bu qədər artan tənqid dalğasından sonra klubun media və marketinq departamenti geriyə addım atacaq.

Ən azı bir üzrxahlıq olunar və ya kimsə haqqlı tənqidlə razılaşıb istefa ərizəsini yazmış olar.

Amma...

Sən saydığını say, görə Aysu xanım nələr sayır.

Söhbət "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentində məsləhətçi vəzifəsini icra edən Aysu İbrahimlidən gedir.

O, öz sosial şəbəkə hesabından etdiyi paylaşımla hər şeyin belə davam edəcəyinə eyham vurub.

Hər halda, Aysu xanımın tərcümədə "davam etmək" mənasını verən "Keep going" yazılmış paylaşımına başqa izah tapa bilmədim.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti