“Neftçi” Premyer Liqanın 13-cü turunu məğlub başa vurdu.
Bir həftə öncə səfərdə “Qəbələ”ni məğlub edən “ağ-qaralar” bu dəfə doğma meydanda “Sumqayıt”a uduzdu.
İlk hissədə hesabı açan Adrian Mutunun çalışdırdığı kollektiv fasilədən sonra öz qapısında 2 top gördü.
Oyun başa çatandan sonra stadionun yolunu tutan azarkeşlərin qəzəbini başa düşmək olardı.
“Neftçi Arena”da etiraz səsini ucalda bilməyən narazı fanatlar isə ürəyini klubun sosial şəbəkə hesablarında boşaldıb.
Şərhlərin bir qismini təqdim edirik:
“Emin Əfəndi, onu deyim ki, promo hazırlayanda onu oyundan sonra paylaşırlar. Bura meyxana-şou deyil, gələn kimi qafiyə tutasan”.
“Sizin etdiyiniz f....dir. F....də utanma, namus, şərəf, ləyaqət hissi olmur”.
“Ay qardaş, Mutu bura pul yeməyə gəlib. Rədd edin getsin. Yaya qədər saxlayıb, sonra da qapı-qapı məşqçi axtaracaqsınız. Bu adam ancaq vaxt istəyir. “Araz-Naxçıvan”la “Səbail”də vaxt istəsin də”.
“Rəhbərlikdə sağlam adamlar yoxdur. Kamil Məmmədovu kluba menecer gətirəndə hər şey gün kimi aydın idi”.
“İşıq gələn tərəfə gedirdiniz, orada divin olmasından xəbəriniz yox idi”.
“Siz ancaq video çəkin”.
“İşıqları yandırın, biabır olduq”.
“İşığa borcumuz var. “Sumqayıt” ödədi getdi, yandırın indi”.
“Mutu gələndə bilinirdi ki, belə olacaq. Məşqçilik karyerası uğurlu olmayan insanı qınamaq olmur. Mutu ilə davam etmək pisə doğru gedəcək”.
“Gətirdiyiniz məşqçini də götürüb rədd olun “Neftçi”dən”.
“Neftçi” cari mövsümdə keçirdiyi 13 oyunda mümkün 39 xalın 18-ni toplayaraq 6-cı pillədə qərarlaşıb.
HƏBİB / SPORTİNFO.AZ

