“Neftçi”nin sabiq baş məşqçisi məhkəməyə verildi - 300 min “atıb“

12 Noyabr 2023 14:25 Neftçi 1 216
“Neftçi”nin sabiq baş məşqçisi məhkəməyə verildi - 300 min “atıb“

“Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampf Rumıniya klubu “Universitatya Krayova”nı aldadıb.

Sportinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis müqavilənin ləğvi üçün razılaşdırılan 300 000 avro təzminatı kluba ödəməyib.

Bunu “Universitatya Krayova”nın sahibi Mixay Rotaru açıqlayıb.

O bildirib ki, mövsümün gedişində sözləşməyə təktərəfli xitam verən və Səudiyyə Ərəbistanının “Əl-Tai” klubunun sükanı arxasına keçən Regekampfla bağlı məhkəməyə müraciət olunub.

Laurentsiu Regekampf ötən mövsümün sonunda “Neftçi”dən ayrılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti