2020-ci ilin payızında Qarabağ müharibəsində qazandığımız şanlı zəfərdən 3 il ötür.
Bu həftə ölkədə bayram bayrama qarışıb.
Noyabrın 8-i Azərbaycanda Zəfər Günü, noyabrın 9-da isə Bayram Günü kimi qeyd olunur.
Hər zaman şəhid və qazi qardaşlarımıza göstərdiyi diqqətlə seçilən “Forza Neftçi”nin üzvləri bu dəfə də ənənəsinə sadiq qalıb.
Bir qrup fanat noyabrın 8-də bir araya gələrək İkinci Fəxri Xiyabanın yolunu tutub. Onlar vətən yolunda canından keçən şəhidlərimizin məzarını ziyarət edib, onlara Allahdan rəhmət diləyib.
“Neftçi”nin Premyer Liqada işləri istədiyi kimi getməsə də, azarkeşlərin belə vəziyyətdə şəhidlərin ruhuna göstərdiyi hörmət alqışlanmalıdır.
HƏBİB / SPORTİNFO.AZ

