“Neftçi”də qol hesabını açmayan hücumçu narahat deyil: “Başqaları var”

10 Noyabr 2023 20:40 Neftçi 831
“Neftçi”də qol hesabını açmayan hücumçu narahat deyil: “Başqaları var”

“Neftçi”nin hücum xəttində dörd futbolçu yer alıb: Andre Şinyaşiki, Aaron Olanare, Lukas Melano və Yeqor Boqomolski.

Şinyaşikinin xeyli vaxtdır zədədən əziyyət çəkməsi, Olanarenin Qəbələdə xəsarət alması, Melanonun komandaya tam uyğunlaşmaması Boqomolskinin yolunu açıb.

Maraqlıdır, belaruslu bundan necə istifadə etməyə çalışır? Bu qədər hücumçuların çoxluğunda mütəmadi oynamaq şansını necə görür?

Onun Sportinfo.az-a açıqlamasını dinləyin:

“Çempionat uzun marafondur. Kimsə zədələnir, kimsə cəzalı duruma düşür.

Belə olduğu halda hamıya yol açılır. Baxın, bu gün iki hücumçumuz zədəlidir, lakin ehtiyatda başqaları var.

Yüksək nəticələr uğrunda mübarizə aparan istənilən komandada belədir. Bu, həm də rəqabət deməkdir.

Ona görə də hansısa narazılıqdan, narahatlıqdan söhbət gedə bilməz. Şans qazandığım oyunlarda ən yaxşısını etməyə çalışıram”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti