“Neftçi”nin baş məşqçisindən hər kəsdə maraq doğuran PAYLAŞIM - FOTOLAR

9 Noyabr 2023 20:00 Neftçi 2 082
“Neftçi”nin baş məşqçisindən hər kəsdə maraq doğuran PAYLAŞIM - FOTOLAR

“Neftçi”nin baş məşqçisi “Qəbələ” üzərində qələbədən sonra sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşım nə çalışdırdığı komanda ilə bağlıdır, nə də Premyer Liqamız haqda.

44 yaşlı mütəxəssis ötən illərin xatirələri ilə yaşadığını “instagram” hesabındakı paylaşımla göstərib.

Mutu dünya futbolunun məşhur simaları – Zlatan İbrahimoviç, Frenk Lempard, Canluici Buffon, Alessandro Del Pyero, George Haci, Françesko Totti, Con Terri, Kristian Zanetti ilə fotolarını yerləşdirərək bu sözləri yazıb:

“Xatirələr qəlbin sonsuz xəzinələridir. Dünyanın ən yaxşı oyunçuları ilə belə gözəl xatirələri unutmaq çətindir. Xoşbəxt anlar gəlir və gedir, amma xatirələr əbədi olaraq qalır”.

Adrian Mutu futbolçu karyerası ərzində “İnter” (Milan), “Verona”, “Fiorentina”, “Parma”, “Livorno”, “Yuventus”, “Çelsi”, “Ayaçço” kimi tanınmış komandalarda top qovub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti