“Neftçi”nin hücumçusu “Qarabağ”ın adını eşidib sual verdi: “Niyə ki?”

8 Noyabr 2023 21:20 Neftçi 3 417
“Neftçi”nin hücumçusu “Qarabağ”ın adını eşidib sual verdi: “Niyə ki?”

“Neftçi” Premyer Liqanın 12-ci turunu qalib başa vurmaqla turnir cədvəlindəki mövqeyini nisbətən yaxşılaşdırdı.

“Ağ-qaralar” “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib xalların sayını 18-ə yüksəltdi.

Bakılılar hazırda lider “Zirə”dən 6, ikinci sıradakı “Qarabağ”dan 5 xal geridə qalır.

Ağdamlıların hazırda iki cəbhədə mübarizə apardığını və buna baxmayaraq liderlər qrupunda yer aldığını nəzərə alsaq, mövsümün ikinci yarısında hansı nəticələrlə yadda qalacaqlarını indidən təsəvvür etmək olur.

Qısası, “Neftçi”nin çempionluq hədəfinə çatacağı çətin, həm də çox çətin görünür.

Paytaxt təmsilçisinin legioneri Yeqor Boqomolski Sportinfo.az-a açıqlamasında “Neftçi”nin çempionluq şansını dəyərləndirib:

“Komandada hər kəs qızıl medallar haqda düşünür və bunun üçün əlimizdən gələni edirik.

Demək olar bütün komandalar xallar itirir. Ona görə də şansımızın real olduğunu düşünürəm. Qarşıda çox oyunlar olacaq. Sabah nə olacağını indidən heç kim bilmir.

Belaruslu hücumçunun “Qarabağ”ın olduğu çempionatda çempionluq mümkün görünür” sualına verdiyi cavab maraqlı olub:

“Niyə ki? “Qarabağ” da uduzur. Bir neçə gün əvvəl “Araz-Naxçıvan”a məğlub oldular. Ona görə də mümkünsüz heç nə yoxdur.

Yeqor Boqomolski cari Premyer Liqa mövsümündə 8 oyunda forma şansı qazansa da, qol hesabını aça bilməyib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti