“Neftçi” Premyer Liqanın 12-ci turunu qələbə ilə adladı.
Adrian Mutunun çalışdırdığı kollektiv səfərdə “Qəbələ”ni 2:0 hesabı ilə məğlub etməklə yadda qaldı.
Oyun başa çatandan sonra “ağ-qaralar”ın düşərgəsindəki sevinc anlaşılan idi. Hamı bir-birini təbrik edir, futbolçular uzaq yol qət edən azarkeşlərə minnətdarlıq edirdi.
Və belə məqamda tribunadan aşağı enib Emin Mahmudovu səsləyən üç nəfər ətrafdakıların diqqətini çəkdi.
Yaşları 50-nin üstündə olan şəxslər kapitanın adını çağırınca, “8 nömrə” onlara tərəf baxdı və uzaqdan da olsa tanıyıb yaxınlaşdı.
Bir neçə dəqiqə söhbət edəndən sonra növbə ilə şəkil çəkdirdilər.
Oyuna baxmağa gələn bu şəxslərin Eminlə qohumluq bağlarının olduğunu hiss etmək çətin deyildi. Hər halda sıradan futbolçu-azarkeş münasibətinə oxşamırdı.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

