“Müharibə qurtarsın, danışarıq” – Onlar niyə jurnalistlərdən qaçır?

7 Noyabr 2023 20:00 Neftçi 749
“Müharibə qurtarsın, danışarıq” – Onlar niyə jurnalistlərdən qaçır?

“Neftçi”nin legionerləri Kenni Sayeflə Ataa Caber artıq neçənci dəfədir müsahibə verməkdən boyun qaçırır.

Bu hal son bir neçə ayda ənənə halını alıb. “Qəbələ”ylə oyundan sonra eyni mənzərə yaşandı.

Matçla bağlı fikirlərini öyrənmək üçün yaxınlaşdığım Caber bu dəfə də mətbuata danışmaq niyyətində olmadığını bildirdi. Səbəbini soruşanda aramızda yaşanan kiçik dialoq məsələnin məğzini ortaya qoydu.

- İndi müsahibə vermək istəmirəm.

- Geniş müsahibəyə gərək yoxdur. Qələbə təəssüratlarını eşitmək maraqlıdır.

- Müharibə qurtarsın, danışarıq.

- Məqsəd müharibə haqda danışmaq deyil axı.

- Yox-yox, istəmirəm. Dediyim hansısa söz mənə problem yarada bilər. Üzrlü sayın.

Hə, indi məlum olur ki, ölkəmizdə top qovan israilli futbolçuların (Ataa Caber, Kenni Sayef, Osama Xalayla, Gilad Abramov) jurnalistlərdən uzaq durmasının səbəbi İsraillə Fələstin arasında yaşanan münaqişə-müharibədir.

Maraq üçün bildirək ki, Ataa Caber 1994-cü ildə İsrailin şimalında yerləşən Məcd əl-Krum qəsəbəsində müsəlman-ərəb ailəsində dünyaya gəlib. 2012-ci ildən 2022-ci ilə qədər İsrail klublarının şərəfini qoruyub.

Vaxtilə bu ölkənin gənclər millisinin formasını geyinmiş Caber hazırda Fələstin yığmasının əsas üzvlərindən hesab olunur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 20:00 Çək və bizə göndər!
21 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:30 Həsrət DÇ-nin finalında!
21 Sentyabr 02:30 “Dinamo” kimi gözləyir?
21 Sentyabr 02:10 “Buna inanmaq lazımdır”