“Neftçi”də 17, “Şamaxı”da 8, “Sumqayıt”da 3, “Bakı”da 2

7 Noyabr 2023 17:20 Neftçi 1 251
“Neftçi”də 17, “Şamaxı”da 8, “Sumqayıt”da 3, “Bakı”da 2

Premyer Liqanın XII turu “Neftçi”nin futbolçusu üçün yubileylə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” ilə qarşılaşmada 2-ci qolun müəllifi olan Rəhman Hacıyev Azərbaycan çempionatlarında 30-cu dəfə fərqlənib.

Yarımmüdafiəçi buna 260-cı matçında nail olub. Hacıyev “Neftçi”də 17, “Şamaxı”da 8, “Sumqayıt”da 3, “Bakı”da 2 qola sevinib.

O, ilk dəfə 2011/12 mövsümündə paytaxtın eyniadlı klubunda rəqib qapısına yol tapıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM