“Neftçi”dəki əcnəbi hücumçu: “Buna doğru gedirik”

6 Noyabr 2023 20:40 Neftçi 822
“Neftçi”dəki əcnəbi hücumçu: “Buna doğru gedirik”

“Neftçi” Qəbələ səfərində istədiyi nəticəni əldə etdi.

Premyer Liqanın 12-ci turu çərçivəsində “ağ-qaralar”la “Qəbələ” arasında baş tutan görüşdə qonaqlar 2:0 hesablı qalibiyyətə sevindi.

Oyun başa çatandan sonra komandanın belaruslu legioneri Yeqor Boqomolski təəssüratlarını Sportinfo.az-a bölüşüb.

İkinci hissənin sonlarına yaxın zədə alan Aaron Olanarenin əvəzinə meydana daxil olan 23 yaşlı hücumçu səfər qələbəsi haqda bunları deyib:

“Çempionatın necə keçdiyini görürsüz. Güclü-zəif söhbəti yoxdur, bütün komandalar bir-birindən xal almağı bacarır.

Belə durumda Qəbələ səfərində əldə olunan 3 xalın önəmi böyükdür. Oyunun sonlarına yaxın rəqib təzyiqi artırmaqla bərabərlik qolunu vurmaq istəyirdi.

Belə olması normaldır. Biz isə təmkinli və diqqətli davranmaqla boş zonalardan yararlanmağa çalışırdıq.

Xallarımızın sayını 18-ə yüksəltməklə liderlik qrupuna yaxınlaşdıq. Əlbəttə, daha yüksəkdə olmaq istərdik. İstənilən halda buna doğru gedirik, məqsədimiz ilk pillələrdə yer almaqdır”.

Yeqor Boqomolski cari mövsümdə 8 oyunun iştirakçısı olsa da, qol hesabını aça bilməyib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti