Emin Mahmudov atdığı nəcib addımla alqış qazanıb.
“Neftçi”nin kapitanı “Qəbələ” üzərində qazandıqları qələbədən sonra “instagram” hesabında paylaşım edərək “daha 3 xal” yazıb.
Mahmudovun izləyiciləri rəy bölməsində ona olan inam və sevgisini bildirib, növbəti oyunlarda uğurlar arzulayıb. Bir nəfər isə...
Rəşad adlı həmin şəxs yazdığı şərhlə Eminə müraciət edib:
“Kapitan, qazimiz var, iki gözünü itirib. “Neftçi” azarkeşidir, güclü oyunlara gəlir. Hansı oyuna gəlsə forma verərsiniz?”
31 yaşlı futbolçu sualı dərhal cavablandırıb:
“İnşallah, millinin oyunundan sonra “Araz-Naxçıvan”la matçımıza gəlin, həll edəcəyəm”.
Emin Mahmudovun göstərdiyi operativlik və diqqət izləyiciləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Mahmudovun cavabına xeyli sayda “bəyənmə” gəlib, atdığı addıma görə əksəriyyət onu alqışlayıb.
HƏBİB / SPORTİNFO.AZ

