“İnanın, hər oyuna qələbə üçün çıxırıq. Bəzən alınır, bəzən isə yox”.
“Neftçi”nin müdafiəçisi Mark Tamaş Sportinfo.az-a açıqlamasında deyib.
Bu mövsümdən ölkəmizdə çıxış edən macarıstanlı legioner Premyer Liqada qeyri-sabit nəticələr qazanmaqlarının səbəblərindən danışıb:
“Xallar itirəndə hamıdan çox biz üzülürük. Buna əmin ola bilərsiz.
Ruhdan düşməyin tərəfdarı deyiləm. İnamla irəliləməliyik ki, sonda istəyimizə çata bilək.
Bizə bir qədər də vaxt lazımdır. Tədricən artırdığımızı hiss edirəm. Qısa müddət sonra hər şey yaxşı olacaq”.

