“Neftçi”nin futbolçusu yubileylə yadda qalıb.
Sportinfo.az xəbər verir ki, Filip Ozobiç Azərbaycan çempionatında 150-ci oyununu keçirib,
Bu, Premyer Liqanın XII turunda “Qəbələ” ilə keçirilən matça (2:0) təsadüf edib. Ozobiçin hesabında ümumilikdə 51 qol var.
2016/2017 mövsümündə “Qəbələ”də debüt edən yarımmüdafiəçi “qırmızı-qaralar”da 46 (16 qol), “Qarabağ”da 95 (35 qol), “Neftçi”də isə 9 görüşdə meydana çıxıb.

