Tanınmış telejurnalist: “Mutu göydən yerə enməlidir” - VİDEO

4 Noyabr 2023 16:40 Neftçi 949
Tanınmış telejurnalist: “Mutu göydən yerə enməlidir” - VİDEO

“Neftçi” 60-65-ci dəqiqədən sonra dayandı, futbolçular hiss etdilər ki, gücləri tükənib.

Halbuki tam əksinə olmalı idi”.

Bu sözlər ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, Premyer Liqanın 11-ci turunda “Sabah”a 0:1 hesabıyla uduzan “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutunn işini tənqid edib:

“O, mətbuat konfransında dedi ki, “Sabah”ın bəxti gətirdi. Mən bu sözləri qəbul etmirəm. İkinci hissədə oyunu uzadan “Neftçi” idi.

Ona hər dəfə bir başqa “11-lik”lə meydana çıxması haqda sual verilir, İtaliyadan misal gətirir.

Mənə elə gəlir ki, Mutu hələ də İtaliyadan qalan xoş xatirələrlə yaşayır, Bir az buludların üzərindən yerə enmək lazımdır”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti