Milli komandaların oyunları ilə bağlı çempionatda yaranacaq fasilədə Bakıda səs-küylü yoldaşlıq oyunu baş tutacaq.
“Neftçi” Rusiyanın köklü və titullu klublarından olan “Zenit”lə üz-üzə gələcək.
Noyabrın 18-də “Neftçi Arena”da keçiriləcək görüşün saat 21:00-da başlayacağı dəqiqləşib.
“Ağ-qaralar” sosial şəbəkə hesablarında məlum oyunla bağlı anons paylaşımı edib ki, azarkeşlərin reaksiyası birmənalı olmayıb.
Əksəriyyət “Neftçi”nin indiki vaxtında Sankt-Peterburq təmsilçisi ilə qarşılaşmasının məqsədəuyğun olmadığını qeyd edib:
“Növbəti biabırçılıq üçün karvalollarınızı hazırlayın”.
“Biz liqada yarıtdıq, qaldı dostluq oyunu. Hələ biletin qiymətini də 10 manat edin. Ard-arda 5 ötürmə veri bilmirsiniz e”.
“Ruslarla oynamaq hansı gününüzə yaraşır?”
“Çempionatda “Kəpəz”i uddunuz, qalsın “Zenit”. Bunlar “Zenit”in 3 komandasının hamısına uduzar”.
“Heç kimə lazım olmayan mənasız oyun”.
“Keçən dəfə deyəsən az vurmuşdular”.
“İllər əvvəl “Neftçi” hansısa böyük klubla oynayanda sevinirdim, indi qorxu, həyəcan var içimdə”.
“Ruslar bizə bu qədər zərbə vurub, yenə də əl çəkmirik də bunlardan. Bütün dünya sanksiya qoyub, bizimkilər oyun keçirir əyyaşlarla”.
“Dünənin “Zirə”sini, “Araz”ını, “Sabah”ını uda bilmirlər, gedib “Zenit”lə oynayırlar”.
“Kimə lazımdır bu mənasız oyun?”
“Başınızı başlara qoşub özünüzü biabır etməyin”.
“Zenit”lə “Neftçi” bu ilin iyulunda Rusiyada təşkil olunmuş “Pari Premyer kuboku”nda üz-üzə gəlib. Rusiya təmsilçisi bakılılar üzərində 3:1 hesabı ilə qələbə qazanıb.
HƏBİB / SPORTİNFO.AZ

