Emin Mahmudov "Neftçi"də 2 HADİSƏdən narazı qaldı, ŞİKAYƏTİNİ GİZLƏTMƏDİ

3 Noyabr 2023 13:00 Neftçi 3 238
Emin Mahmudov "Neftçi"də 2 HADİSƏdən narazı qaldı, ŞİKAYƏTİNİ GİZLƏTMƏDİ

«Neftçi» Premyer Liqanın «Sabah»ı qəbul etdi.

«Ağ-qaralar» 90+5-ci dəqiqədə buraxdığı qolla qonaqlara məğlub oldu (0:1).

Emin Mahmudov matçın yalnız son 20 dəqiqəsində forma geyindi. Adrian Mutu ötən tur cəza səbəbindən «Səbail»ə qarşı forma geyinməyən kapitanı bu dəfə 75-ci dəqiqədə meydana buraxdı.

Rezuan Mizovu əvəzləyən yarımmüdafiəçi baş məşqçidən və komanda yoldaşından narazı qalıb. O, ehtiyatda qalmasından şikayətini rumıniyalı çalışdırıcıya bildirib.

Deyib ki, komandanın lideri kimi onun yeri əsas heyətdir və bu vəziyyətdən çox məyusdur.

Mahmudova təsir edən digər hal İvan Brkiçdir. Belə ki, «ağ-qaralar»ı kapitan kimi oyuna çıxarmış Rəhman Hacıyev 70-ci dəqiqədə əvəzlənərkən, sarğını xorvatiyalı qapıçıya ötürüb.

Balkanlı kiper isə bazubəndi 5 dəqiqə sonra yaşıl sahəyə ayaq basan Eminin qoluna taxmayıb, onu özündə saxlayıb. Kapitan bunu özünə qarşı hörmətsizlik kimi qəbul edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar