"Neftçi" - "Zenit" matçının yeri də, saatı da bilindi

3 Noyabr 2023 00:30 Neftçi 798
"Neftçi" - "Zenit" matçının yeri də, saatı da bilindi

“Neftçi” “Zenit” (Sankt-Peterburq) ilə yoldaşlıq oyunu keçirəcək.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 18-də “Neftçi Arena”da təşkil olunacaq görüş saat 21:00-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

Matçın biletləri tezliklə satışa çıxarılacaq.

“Ağ-qaralar” bu ilin yayında Sankt-Peterburq şəhərində iştirak etdiyi “Matç TV Kuboku”nda “Zenit”lə qarşılaşmış və 1:3 hesabı ilə məğlub olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM