Tanınmış klubun müdafiəçisi: "Neftçi"yə getmək variantı var idi, alınmadı"

2 Noyabr 2023 00:30 Neftçi 900
Tanınmış klubun müdafiəçisi: "Neftçi"yə getmək variantı var idi, alınmadı"

"Spartak"ın müdafiəçisi Leon Klassen "Neftçi" ilə danışıqlar apardıqlarını təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, o, bu haqda Moskva klubunun saytına müsahibəsində bildirib.

"Neftçi"yə icarə qaydasında keçmək məsələsi? Belə bir variant həqiqətən var idi. Amma alınmadı.

Ona qədər İsveçrəyə getməyə də yaxın idim. Amma klublar razılığa gələ bilmədilər" - deyə Klassen bildirib.

Qeyd edək ki, Almaniyada doğulan Klassenin "Spartak"la müqaviləsi 2025-ci ilin iyununda başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar