Ölkə futbolsevərləri həftəsonu Premyer Liqanın 12-ci turunun oyunlarına tamaşa edəcək.
Lakin meydana çıxmaq heç də bütün futbolçulara nəsib olmayacaq.
Dörd futbolçu və iki məşqçi turun qarşılaşmalarının kənardan izləyəcək.
Bunlar ötən tur “Neftçi” – “Sabah” görüşündə sarı vərəqə limitini dolduran Elvin Camalovla Sofian Çakla (“Sabah”), sözügedən oyunda qırmızı vərəqə alan Yuri Matias (“Neftçi”) və “Sumqayıt”lı Vüqar Mustafayevdir.
Maraq üçün bildirək ki, “Neftçi” Matiasdan başqa zədəlilər – Eddi İsrafilov, Andre Şinyaşiki və Emil Balayevin xidmətindən yararlana bilməyəcək.
Dilinin bəlasına düşən “Sabah”ın baş məşqçisi Murad Musayev bu həftə də texniki zonada yer ala bilməyəcək. “Turan Tovuz”la qarşılaşmadan sonra hakimlərin ünvanına qeyri-etik ifadələr işlədən “Kəpəz”in analitik-məşqçisi İlkin Verdiyev də cəzalı durumdadır.
Noyabrın 3-də “Səbail” – “Turan Tovuz”, bir gün sonra “Qarabağ” – “Kəpəz” və “Sumqayıt” – “Araz-Naxçıvan”, noyabrın 5-də “Qəbələ” – “Neftçi”, “”Sabah” - “Zirə” oyunları baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ

