"Neftçi" cari turu məğlubiyyətlə başa vurdu.
Doğma meydanda "Sabah"ı qəbul edən "ağ qaralar" son dəqiqədə buraxılan qolla 0:1 məğlub oldu.
Məğlubiyyət bir kənara, Mutunun yetirmələrinin göstərdiyi oyun da ürəkaçan olmadı.
90 dəqiqə meydanda nizamsız, ora-bura qaçan, çox sayda top itkilərinə yol verən "Neftçi" vardı.
Emin Mahmudovun ehtiyatda qalması da "ağ qaralar"a sürət artırmağa imkan vermirdi.
Halbuki günlərdi kapitansız "Neftçi"nin daha çevik və baxımlı futbol oyandığı düşünülürdü.
Hər halda, ötən tur "Səbail" səfərindən inamlı qələbə, baxımlı futbol böyük ümidlər yaratmışdı.
Özü də Eminsiz.
Masazır təmsilçisi ilə görüş göstərdi ki, bayıldakı performans keçici, başaldadıcı imiş.
Emin söhbətləri də gözdən pərdə asmaq.
Bəlkə də təsadüf. Stabillik yoxdursa buna başqa ad vermək mümkün deyil.
Görünür, Mutunun bir atımlıq barıtı varmış. Onunla da ən yaxşı halda 5-ci olmaq olar. Ki, layiq olduqları yerdədilər.
Rumıniyalını isə daha böyük hədəflər üçün Bakıya gətiriblər. Özü də bunan hali olmamış deyil.
Barıtı artırmaq lazımdır. Özü də ən qısa zamanda. Yoxsa qatarın arxasınca baxmaq qaçılmaz olacaq.
XANOĞLAN İMANOV

