”Neftçi”nin aparıcı legionerinə bu ölkədən 2 təklif gəlib

1 Noyabr 2023 13:00 Neftçi 2 085
”Neftçi”nin aparıcı legionerinə bu ölkədən 2 təklif gəlib

Ötən ilin yayından ”Neftçi”nin formasını geyinən Kenni Sayeflə maraqlanan klubların adları məlum olub.

Yarımmüdafiəçi birdən-birə Belçikadan iki komandanın ”radar”ına düşüb.

Bunlar ”Sent-Truden” və ”Loren”dir.

”Yupiter Pro Liqa”nın iştirakçıları ona 2 illik müqavilə təklif edib. Sadəcə, onlar Bakı təmsilçisinə təzminat ödəmək fikrində deyil.

Yəni, Sayef yenidən Belçikaya qayıtmaq istəyirsə, ”Neftçi” rəhbərliyi ilə özü anlaşmalı, azad agent statusu almalıdır.

2 illik sözləşməsinin müddəti mövsümün sonunda başa çatacaq yarımmüdafiəçi vaxtından əvvəl Azərbaycandan getmək niyyətindədir.

İsrailli vinger belə bir fikirdə olduğunu həm klub rəsmilərinin, həm də baş məşqçi Adrian Mutunun diqqətinə çatdırıb. O, karyerasını Avropada davam etdirməyi planlaşdırdığını deyib.

ABŞ vətəndaşı olan İsrail əsilli 29 yaşlı sol cinah oyunçusu Belçikadan təklif aldığını söyləyib.

Sayef İsrailin “Bney Saxnin” (2010-2011), “Hapoel Hayfa” (2011-2012), “İroni Kryat Şmona” (2012-2013), “Hapoel Ramat Ha Şaron” (2013-2014), Belçikanın “Gent” (2014-2018), “Anderlext” (2018-2022), ABŞ-ın “Sinsinnati” (2019), Polşanın “Lexiya” (2020-2021) və İsrailin “Aşdod” (2021-2022) klublarında çıxış edib.

O, 2015-ci ildə “Gent”in heyətində Belçika çempionatının və Superkubokun qalibi olub.

İsrailin aşağı yaş yığmalarında da forma geyinib. Bu ölkənin əsas millisində 2, ABŞ milli komandasında isə 4 oyun keçirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar