“Neftçi”: Belə hörmətsizlik olarmı heç? – VİDEO

1 Noyabr 2023 14:40 Neftçi 2 185
“Neftçi”: Belə hörmətsizlik olarmı heç? – VİDEO

Cari mövsümdə qeyri-sabit təsir bağışlayan “Neftçi” növbəti məğlubiyyətə üzüldü.

“Ağ-qaralar” əsas rəqiblərindən olan “Sabah”a son saniyələrdə buraxılan qolla məğlub oldu.

Oyun başa çatandan sonra “Neftçi”nin futbolçularının əhvalı yerində deyildi. Yenilgiyə üzülən komanda üzvləri tez-tələsik paltardəyişmə otağının yolunu tutdu.

Həmin an 90 dəqiqə sevimli komandalarına dəstək verən azarkeşlər heç kimin yadına düşmədi. Nə kapitan Emin Mahmudovun, nə də liderlik qabiliyyəti ilə seçilən Yuri Matiasın.

Ən sonda meydanda dörd nəfər qalmışdı – İvan Brkiç, Qara Qarayev, Filip Ozobiç və Mark Tamaş.

Maraqlıdır ki, onlar da “Forza Neftçi”nin qarşısına gedib dəstəyə görə təşəkkür etmək və ya məğlubiyyətə görə üzr istəmək öhdəliyini üzərinə götürmədi.

Və beləcə, azarkeşlər futbolçuların arxasınca baxa-baxa tribunaları tərk etdi.

HƏBİB / SPORTİNFO.AZ

Təəssüf doğuran anların görüntülərini təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar