“Neftçi”də bir nəfər üzə çıxdı, öz adından üzr istədi

31 Oktyabr 2023 20:40 Neftçi 1 451
“Neftçi”də bir nəfər üzə çıxdı, öz adından üzr istədi

“Oyundan sonra azarkeşlərə tərəf getməməyimiz məyus olmağımızla bağlı idi. Başqa səbəb yoxdur”.

“Neftçi”nin futbolçusu Mark Tamaş “Sabah”la oyundan sonra yaşananlar haqda Sportinfo.az-a açıqlama verib.

“Ağ-qaralar” 0:1 hesablı yenilgidən sonra birbaşa paltardəyişmə otağının yolunu tutdu. Lakin bir nəfər də olsun 90 dəqiqə komandanı dəstəkləyən azarkeşlərin yanına gedib onlara təşəkkür etmədi.

Halbuki, qələbədən sonra məşqçi və futbolçular heyəti 3 xalın sevincini tərəfdarları ilə birgə yaşayır.

Məntiqlə, uduzandan sonra da tribunanın qarşısına yaxınlaşıb onlara verdikləri dəstəyə görə təşəkkür etmək və ya məğlubiyyətə görə üzr istəmək ən doğru addım olar.

Macarıstanlı müdafiəçi komandanın adından danışmaqda çətinlik çəksə də, öz adından üzr istəməyi borc bilib:

“Komandanın adından danışmaq mənim üçün çətindir. Çünki hərənin öz fikri var. Uduzduğumuza görə fanatlarımızdan öz adımdan üzr istəyirəm və bildirmək istəyirəm ki, oyundan sonra hədsiz məyus olduğum üçün paltardəyişmə otağına getdim.

Məyusluğumuzun başlıca səbəbi haqq etmədiyimiz məğlubiyyəti almağımız idi. “Sabah”a yenilgini haqq etməmişdik”.

11 oyundan sonra topladığı 15 xalla 5-ci pillədə qərarlaşan “Neftçi” növbəti turda “Qəbələ”nin qonağı olacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar