“Neftçi”yə 2 cəza kəsildi

31 Oktyabr 2023 16:20 Neftçi 855
“Neftçi”yə 2 cəza kəsildi

“Neftçi”nin legioneri Yuri Matiasın cəza müddəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın XI turunda “Sabah”a qarşı keçirilən görüşün 90+3-cü dəqiqəsində qırmızı vərəqə alan braziliyalı müdafiəçi AFFA İntizam Komitəsi tərəfindən 1 oyunluq diskvalifikasiyaya məruz qalıb.

28 yaşlı legioner həm də klubunun 500 manat cərimələnməsinə səbəb olub.

Matç bitdikdən sonra meydana kənar şəxs daxil olduğu üçün “ağ-qaralar” daha 800 manat ziyana düşüblər.

Qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat cərimə olunub.

“Neftçi Arena”da keçirilən oyunda “Sabah” 1:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM