Adrian Mutu basketbolçular üçün hansı addımı atdı? - FOTO FAKT

29 Oktyabr 2023 14:00 Neftçi 1 110
Adrian Mutu basketbolçular üçün hansı addımı atdı? - FOTO FAKT

Azərbaycan Basketbol Liqasının ilk turu çərçivəsində növbəti oyun baş tutub.

“Neftçi” çempionatın debütantı “Xəzri” ilə qarşılaşıb.

“Xəzri”nin yekunda 80:73 hesablı qələbəsi ilə bitən matçda surpriz qonaq diqqət çəkib.

Söhbət futbol komandasının baş məşqçisi Adrian Mutu və yeni idman direktoru Yans Anderssondan gedir.

Hər iki mütəxəssis azarkeşlər arasında yer alıblar və sona kimi görüşü izləyiblər.

Onlar "ağ qaralar"ın baş icraçı direktorunun dəvəti ilə "Sərhədçi" idman mərkəzinə təşrif buyurublar.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM