“Neftçi”nin yayda heyətinə qatdığı Andre Sinyaşiki Sportinfo.az-a açıqlama verib.
26 yaşlı hücumçu valideynləri haqda danışıb:
“Atam əslən yaponiyalı, anam isə italiyalıdır. Sadəcə, hər ikisi Braziliyada yaşayıblar.
Onlar burada tanış olub və ailə qurublar. Mən də San Pauloda anadan olmuşam.
Uşaq yaşlarından həm təhsilə, həm də futbola böyük maraq göstərmişəm. Valideynlərim hər addımda məni dəstəkləyib”
Andre Şinyaşiki karyerası ərzində indiyə qədər yalnız ABŞ-da çıxış edib. Həm mərkəz hücumçu, həm də hücumameyilli cinah yarımmüdafiəçisi mövqelərində oynayıb.
18 yaşında Denver Universitetində təhsil almaq üçün San-Pauludan ABŞ-yə köçüb və orada universitetin futbol komandasında çıxış edib.
Kolleclərdəki 2017 və 2018-ci illərdəki mövsümlərarası yay aralığında “Kolorado Repidz U-23”nin formasını geyinib.
2019-cu ilin yanvarın 11-də MLS-in Superdraftının birinci raundunda beş nömrə altında “Kolorado Repidz” tərəfindən seçilib.
Şinyaşikinin peşəkar debütü martın 2-də “Portlend Timbers”ə qarşı mövsümün açılış matçında baş tutub və həmin matçda o, “Kolorado Repidz”i məğlubiyyətdən xilas edib – 3:3. Bu qol MLS-in ilk həftəsinin ən yaxşı qolu seçilib.
Sentyabrın 7-də “Sietl Saunders”ə qarşı oyunda Şinyaşiki dubla imza ataraq komandasına 2:0 hesablı qələbə bəxş edib ki, bu da ona həftənin oyunçusu seçilməsinə səbəb olub.
31 matçda yeddi qol vurduğu və üç məhsuldar ötürmə verdiyi 2019-cu il mövsümünün sonunda Şinyaşiki MLS-də ilin ən yaxşı debütantı seçilib.
2022-ci ilin mayın 3-də ildə braziliyalı “Şarlott”a satılıb. O, “Şarlott”da debütünü Devid Bekhemin “İnter Mayami”sinə vurduğu qolla edib.
"Ağ-qaralar"ın maraq dairəsinə düşməsi haqqında məlumat aldıqdan sonra MLS təmsilçisinə azad agent statusu almaq istəyini bildirib və buna nail olub.
Braziliyalı hücumçu "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu ilə çalışmağa böyük həvəs göstərib. Forvard bu səbəbdən hətta Türkiyə Super Liqasından gələn təklifdən də imtina edib.
Məşhur "Transfermarkt" saytı Şinyaşikinin transfer dəyərini üç milyon avro göstərib.
SPORTİNFO.AZ

