«Neftçi» bu dəfə çox yaxşı təsir bağışladı.
Mən bu məqamda Filipp Ozobiçin heyətə qaytarılmasını xüsusi vurğulamaıyam».
Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir. ATV kanalında yayımlanan «Futbolumuz» verlişində iştirak edən tanınmış teleşərhçi Premyer Liqanın 10-cu turunda «Səbail»ə 4:2 hesabıyla qalib gələn «ağ-qaralar»dan söz açıb.
O, qeyd edib ki, Ozobiç oynayanda «Neftçi» daha maraqlı görünür:
«Əvvəl deyirdik ki, sanki Mutu onun üzərindən xətt çəkib. Halbuki Ozobiç avrokubok matçlarında yaxşı təsir bağışlayırdı.
Mutu niyə onu oynatmırdı, bugünə kimi anlaya bilmirəm. Emin Mahmudov bundan sonra gərək «8 nömrə» kimi oynasın, yəni, bir qədər geridə.
Emin hələlik «10 nömrə» kimi effekt vermir. Ozobiç öz mövqeyində oynasa, daha yaxşı olar».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

