"Neftçi"nin isveçli yeni idman direktoru komanda ilə tanış oldu - FOTOREPORTAJ

27 Oktyabr 2023 19:20 Neftçi 893
"Neftçi"nin isveçli yeni idman direktoru komanda ilə tanış oldu - FOTOREPORTAJ

“Neftçi” Premyer Liqanın 11-ci turu çərçivəsində qarşılaşacağı “Sabah”la matçın hazırlığını davam etdirir.

Sportinfo.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu gün “Neftçi” Futbol Mərkəzində baş tutan növbəti məşqdən əvvəl klubun yeni idman direktoru Yens Andersson komandanın üzvləri ilə görüşüb, qarşıdan gələn oyunda onlara uğurlar arzulayıb.

Zədəlilər Emil Balayev, Eddi İsrafilov və Andre Şinyaşikidən başqa bütün futbolçuların qatıldığı hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.

“Neftçi” – “Sabah” matçı oktyabrın 29-da, saat 18:30-da “Neftçi Arena”da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM