«İnsan hərdən kinoya baxır, kitab oxuyur və havaya girir, elə bilir ki, həyat bu qədər asandır».
Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Neftçi»nin qarşısında dayanan vəzifələrdən danışıb.
Tanınmış teleşərhçi bildirib ki, klub quruculığı kənardan göründüyü qədər asan proses deyil və istənilən layihənin uğurlu olub-olmaması nəticələrə bağlıdır.
Abbasov qeyd edib ki, «ağ-qaralar» bütün fikrini ölkə çempionatına verməli, oyunu və göstəriciləri ilə iddiasını ortaya qoymalıdır.
Ekspertin fikrincə, uzaq gələcəklə əlaqəli xəyallar qurmaq tezdir və Avropanın məşhur klublarının modelindən istifadə eləmək, ona bənzəməyə çalışmaq vaxt itkisidir.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

