"Neftçi" yeni idman direktorunu rəsmi olaraq ictimaiyyətə açıqladı.
Bundan sonra vacib postu isveçli Yens Andersson tutacaq.
50 yaşlı mütəxəssis buna qədər ölkəsinin “AİK Solna” (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın “Hayduk Split” (2013), Danimarkanın “Aarhus” (2014-2016) klublarında idman direktoru olaraq çalışıb.
Media nümayəndələri üçün təşkil olunan mətbuat konfransında bəndənizin əcnəbi mütəxəssisə ünvanladığı sual da birbaşa karyerası ilə bağlıydı.
Belə ki, iki xarici ölkədə çalışmış Yens Andersson nə Danimarkada, nə də Xorvatiyada uzun müddət duruş gətirə bilməyib.
Ona "istədiklərinizi qısa müddətdə gerçəkləşdirdiyiniz üçün vətənə erkən qayıtmısınız, yoxsa başqa səbəblər var" - deyə ünvanlanan suala belə cavab verib:
"Açığı, Danimarkada 2.5 il çalışdıqdan sonra müqaviləni artırmaq imkanım vardı. Amma həyat yoldaşım İsveçə qayıtmağımızı istədi.
Mən də vətənə yollanıb, istirahət etmək yolunu seçdim. Xorvatiyadan da şəxsi işlərimlə bağlı ayrılmalı oldum. L
akin bu barədə ictimaiyyətə nəsə demək istəmirəm. Ancaq onu əlavə edə bilərəm ki, hər iki ölkədə də müəyyən işlər gördük.
Əlaqələrim indi də qalır. Bəzən gedib ordakı dostlarla görüşür, müəyyən fikir mübadiləsi aparırıq".
Klubun baş icraçı direktoru Fərrux Rəhimov isə "İsveçli mütəxəssisin zəngin karyerası ümid verə bilər. Bəs heç də parlaq görünməyən xaricdəki karyerası sizi qorxutmur" - deyə verilən suala qısaca cavab verib: "Qorxsaydıq o, bu gün yanımızda olmazdı".
XANOĞLAN / SPORTİNFO.AZ

