"İsveç milli komadasında çalışırdım.
"Neftçi" lahiyəsi maraqlı gəldi, yeni bir işi görmək üçün addım atdım.
Yeni çağırışa cavab vermək maraqlı idi".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni idman direktoru Yens Andersson deyib.
İsveçli mütəxəssis qeyd edib ki, "Neftçi" ilə bağladığı iki illik müqavilə artırıla bilər:
"Azərbaycanda daha çox vaxt keçirə bilərəm. Mənim planlarım var.
Lakin hər hansı ölkəyə gəldikdə onun mədəniyyəti ilə tanış olmaq lazımdır. Onun əsasında planlarımı təqdim edəcəm".

