"Neftçi"nin baş məşqçisi: "Tənqidlər kifayət qədər çoxdur, çalışmalı və işləməliyik"

26 Oktyabr 2023 19:20 Neftçi 1 101
"Neftçi"nin baş məşqçisi: "Tənqidlər kifayət qədər çoxdur, çalışmalı və işləməliyik"

"Nəticələr üçün vaxt vacibdir. Səbr və inam da önəmlidir".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu deyib.

Mütəxəssis tənqidlərin kifayət qədər olduğunu bildirib:

"İstədiyimiz sabit oyun üçün nə qədər vaxt lazım olacaq? Bu sualı cavablandırmaq çətindir. Çalışmalı və çox işləməliyik".

Rumıniyalı baş məşqçi bütün komanda üzvlərinə eyni şansı verdiyini söyləyib:

"Ən yaxşı formada olan futbolçunu start heyətinə daxil edirik. Hazırda bizə yaxşı nəticələr lazımdır".

Mutu Yens Anderssonun idman direktoru təyin olunmasına da toxunub:

"Biz eyni məqsəd üçün birlikdə çalışmalı və əməkdaşlıq etməliyik. Onun yaxşı nəticələr əldə edəcəyinə inanıram".

Mütəxəssis yeni transfer Reziuan Mirzov haqqında danışıb:

"Onun son matçda göstərdiyi performans məni qane etdi. Nəzərə almalıyıq ki, komandaya hazırlıqsız qoşulmuşdu".

Baş məşqçi XI turda üz-üzə gələcəkləri "Sabah"la görüş barədə fikirlərini də bölüşüb:

"Rəqib yaxşı komandadır. Onlara qarşı birinci dövrədə oynamışıq.

Növbəti matç da ağır keçəcək. Futbolçular sonadək mübarizə aparacaqlar və əlimizdən gələni edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM