Adrian Mutunun başına iş gəldi, hadisə yerinə gecikdi

26 Oktyabr 2023 14:20 Neftçi 1 415
Adrian Mutunun başına iş gəldi, hadisə yerinə gecikdi

"Neftçi" komandası yeni idman direktoru Yens Anderssona təqdimat mərasimi təşkil edib.

Mərasim "Hyatt Regench" oteldə keçirilir.

Mətbuat nümayəndələrinin önünə isveçli mütəxəssislə yanaşı, "Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov, və A komandanın baş məşqçisi Adrian Mutu da iştirak etməliydi.

Amma sonuncunun tədbirdə iştirakı gecikib.

Rumıniyalı mütəxəssisin gecikməsinə səbəb Bakı şəhərində yaşanan tıxacla bağlı olub.

O, bu səbəbdən təxminən 50 dəqiqə sonra mətbuat konfransının keçirildiyi zala daxil olub.

Əcnəbi çalışdırıcı çxışına da məhz gecikməsindən dolayı media nümayəndələrindən üzrxahlıq etməklə başlayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM