"Neftçi"və "Spartak"ın Bakıda yoxlama görüşü keçirəcəyi ilə bağlı xəbərlər yayılıb.
Moskva klubunun mətbuat xidməti bu iddialarla əlaqəli açıqlama yayıb:
"Neftçi" ilə Bakıda keçiriləcək cavab yoldaşlıq oyunu ilə bağlı məlumat yoxdur. Bəli, memorandum imzalanıb.
“Neftçi”dən olan həmkarlarla münasibətlər də yaxşıdır. Cavab oyunu ilə bağlı məlumat olan kimi məlumat veriləcək".
"Neftçi"nin mətbuat xidmətindən Sportinfo.az-a verilən açıqlamada isə bunlar qeyd olunub:
"Yoxlama matçının keçirilməsi hazırda gündəmdə deyil. "Spartak"dan bizə belə bir təklif gəlməyib.
Elə klubumuz da onlara bu təklifi etməyib. Nəvaxtsa ola bilər. Bu, zamanın işidir.
Hələlik "Zenit"lə razılıq əldə olunub. Noyabrın 18-da Bakıda onlarla oyunumuz var".
Komandalar iyulun əvvəlində Moskvada yoldaşlıq görüşündə ü-üz-ə gəlmişdi. Həmin matçda "Neftçi" rəqibinə 0:2 hesabı ilə uduzmuşdu.

