“Neftçi”nin futbolçusu Rusiyada toy edib Bakıya qayıtdı - FOTOLAR

24 Oktyabr 2023 20:00 Neftçi 6 397
“Neftçi”nin futbolçusu Rusiyada toy edib Bakıya qayıtdı - FOTOLAR

“Neftçi”nin futbolçusu subaylığın daşını atıb.

İsmayıl Zülfüqarlı ailə həyatına qədəm qoyub.

22 yaşlı yarımmüdafiəçi uzun illərdir aşiq olduğu Aydan xanımla münasibətlərini bəy-gəlin masasına daşıyıb.

Lakin evlənmək İsmayıla heç də asan başa gəlməyib. “Neftçi”nin futbolçusu qız toyunun gerçəkləşməsi üçün Rusiyaya yola düşüb. Xanımının qohum-tanışları orada yaşadığından xoş gün Rusiyada gerçəkləşib.

Zülfüqarlı bunun üçün baş məşqçi Adrian Mutudan bir neçə günlük icazə alıb.

Oğlan toyu isə Bakıda baş tutub.

2021-ci ildə “Neftçi”də çempionluq sevinci yaşayan İsmayıl Zülfüqarlı cari mövsümdə ağ-qara formada 4 oyuna çıxıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar